Ağ Evin İran üçün üç mümkün ssenarisi – Müctəba Xamenei, SEPAH…
10:54 SiyasətAğ Ev İrandakı hadisələrin necə inkişaf edə biləcəyi ilə bağlı üç mümkün ssenari görür.
Globalinfo.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" (VP) qəzetinin köşə yazarı Devid İqnatius ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat verib.
Məqalə müəllifinin fikrincə, birinci ssenari İran hökumətinin devrilməsini nəzərdə tutur:
"Ağ Ev rəsmiləri hesab edirlər ki, bu ssenari hərbi əməliyyatların bərpası zamanı deyil, atəşkəs dövründə daha çox ehtimal olunur".
İkinci seçim İranda yeni Ali Liderin yüksəlişini əhatə edir:
"Mümkün namizədlər arasında ABŞ Parlamentin sədri Məhəmməd Bağır Qalibafı nəzərdən keçirir".
Üçüncü ssenari İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının sərt reaksiyasını nəzərdə tutur:
"Onlar Hörmüz boğazının blokadasını pozmağa və ya Vaşinqtonu güzəştə getməyə məcbur etmək üçün başqa zərbələr endirməyə cəhd edə bilərlər".