ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı yaranıb - İran XİN
09:27 Siyasətİran və ABŞ bəzi məsələlərdə razılığa gəldilər.
Trend-in məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai deyib.
O bildirib ki, lakin iki və ya üç vacib mövzuda fikir ayrılığı yaranıb.
"Bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edildi, lakin 2-3 vacib məsələdə fikir ayrılığı yaranıb və nəticədə danışıqlarda razılıq əldə olunmayıb", - deyə o bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, danışıqlarda Hörmüz boğazı kimi bəzi yeni mövzular əlavə edilib və onların hər birinin özünəməxsus mürəkkəbliyi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31