Dünyanın gözü İslamabadda: Tarixi görüş başlayır
15:58 SiyasətPakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqların başlanması planlaşdırılır.
Milli.Az xəbər verir ki, məlumata görə, görüşlər həm vasitəçilərlə, həm də birbaşa formatda keçiriləcək.
İlk mərhələdə tərəflər gündəliyi Şahbaz Şərifin rəhbərliyi ilə razılaşdıracaq, daha sonra isə birbaşa müzakirələrə keçəcəklər.
ABŞ nümayəndə heyətinə Ceyms Devid Vens başçılıq edir. İran tərəfini isə Abbas Əraqçiin təmsil edəcəyi gözlənilir.
Hər iki ölkənin nümayəndələri artıq İslamabada çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31