Bizi aldatmağa çalışmayın - Cey Di Vens İrana xəbərdarlıq edib
18:24 Siyasətİranla danışıqlar üçün Pakistana yollanan ABŞ vitse-prezidenti Cey Di Vens İranla müsbət danışıqların baş tutacağına ümidvar olduğunu bildirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, səfər ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.
"Biz danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, bu, müsbət olacaq", - Vens deyib.
"ABŞ prezidenti dediyi kimi, əgər iranlılar səmimi şəkildə danışıqlara hazırdırlarsa, biz də əlbəttə ki, açıq əl uzatmağa hazırıq. Əgər onlar bizi aldatmağa çalışsalar, o zaman görəcəklər ki, danışıqlar qrupu buna o qədər də güzəştə gedən deyil", - o əlavə edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.