Orta Dəhliz ölkələrimiz arasındakı əlaqələri möhkəmləndirən strateji xətdir - Türkiyənin Vitse-prezidenti

Orta Asiyadan Xəzər üzərindən Türkiyə və Avropaya uzanan Orta Dəhliz tədarük zəncirlərini gücləndirən, ticarəti şaxələndirən və ölkələrimiz arasındakı əlaqələri möhkəmləndirən strateji xətt kimi önə çıxır.

Trend xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

Vitse-prezident bildirib ki, Türk Dövlətlərinin güclü infrastrukturu, xüsusilə Bakı-Tibilisi-Qars xətti başda olmaqla, geniş yol və dəmir yolu şəbəkəsi bu dəhlizin mühüm iştirakçısı olduğunu göstərir:

"Nəqliyyat dəhlizlərinin inkişafı, gömrük rüsumlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması məsələləri bir-biri ilə sıx əlaqəli olduğundan, bu sahələrdə aidiyyəti qurumlarımızın ortaq toplantılar keçirməsi və özəl sektor nümayəndələrinin də ortaq məqsədlər çərçivəsində bir araya gətirilməsi faydalı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31