Ruhani sülhə və təcili islahatlara çağırdı
12:42 Siyasətİranın keçmiş prezidenti Həsən Ruhani müharibəni şərəfli şəkildə bitirməyə və təcili islahatlara çağırıb. Axar.az xəbər verir ki, bu barədə farsdilli media məlumat yayıb.O, müharibənin sona çatması barədə qərarın ölkənin və xalqın mənafeyi naminə verilməli olduğunu bildirib.Ruhani həmçinin Ali Milli Təhlükəsizlik Şurasını müharibənin davam etdirilməsi və ya sona çatması üçün ssenariləri təcili olaraq nəzərdən keçirməyə çağırıb.Keçmiş prezident Hörmüz boğazına nəzarəti qorumağın, Körfəz adalarına qarşı təcavüzün qarşısını almağın və siyasətdə təcili fundamental islahatlar həyata keçirməyin vacibliyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31