Putinlə Paşinyan arasındakı görüş əslində seçki debatı idi- ÖZƏL
12:00 Siyasət"Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı dünənki görüş əslində seçki debatı idi". Bunu "Olaylar"a Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Moskvanın hələ də forpost gözündə gördüyü Ermənistandakı parlament seçkisi öncəsi Vladimir Putin revanşistlərin, Paşinyan isə Azərbaycanla sülhü dəstəkləyənlərin lideri kimi çıxış edirdilər. Və hər iki liderin dünya haylarına çatdırmağa çalışdıqları ilk aprel tezisi bundan ibarət idi ki, Rusiya Prezidentinin onlar üçün də "həssas məsələ" olduğunu vurguladığı Qarabağın əllərindən çıxmasında məhz qarşısındakı günahkardır.
Bunu "1 Aprel zarafatı" adlandırmaq olarmı, bilmirəm, amma həm Putin, həm də Paşinyan açıq-aşkar yalan danışırdılar. Çünki nə vaxtilə "Qarabağ Ermənistandır" deyə bağıran Ermənistan Baş naziri, nə də rus əsgərinin ayağı dəydiyi yerdən çıxmadığını fəxrlə bildirən Rusiya Prezidenti indiki reallığın yaranmasını istəyirdilər.
Bu reallığı yaradan millət və lider var. O millət şəhidləri başda olmaqla azərbaycanlılar, lider isə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir".