Ermənistan və Rusiya arasında gərginlik davam edəcək- ÖZƏL
10:51 Siyasət"Ermənistan Baş naziri N. Pasinyan V. Putinlə görüşdə açıq şəkildə Qarabağ hərəkatının davam etdirməməli olduğunu qeyd etdi. Bununla V. Putinin nəzərinə çatdırır ki, Kremlin emissarı R. Koçaryan üzərindən seçkilərdə Qarabağ məsələsini bağlasın. Ermənistan üçün bu məsələnin qapandığını və Azərbaycanla əlaqələrin normallaşması Rusiya ilə əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Pasinyan Moskvadan qayıtdıqdan sonra R. Kocaryanın seçki kampaniyasında Qarabağ məsələsini gündəmə gətirdiyi üçün ona qarşı ciddi kampaniya aparacaq. R. Kocaryanı vətənə xəyanətdə və Ermənistanı fəlakətə sürükləyən proqrama malik olduğu üçün küncə sıxışdıracaq. N. Paşinyanın Kremldə Qarabağ məsələsini bağladığını və Azərbaycanin ərazi bütövlüyünü tanıdığını deməsi Kreml üçün soyuq "duş effektdi" yaratdı. Tərəflər arasında iddihamlar və mübahisədə baş verdi. Ermənistan və Rusiya arasında gərginlik bu görüşdən sonra daha da davam edəcək.
Rusiyanın bundan sonra, Qarabağ erməniləri və onların üzərindən hərhansı bir humanitar yardımlar məsələsinə də imkan verilməyəcək.
Qeyd edim ki, Rusiyanın bir əsr əlində olan təzyiq rıçaqı əlindən çıxdı. Vaxtı ilə Kremldə Azərbaycana qarşı Qarabağda separatizm və işğal planı hazırlanıb Ermənistan vasitəsilə reallaşmışdı.
N. Pasinyan Rusiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin Azərbaycan üzərindən ediləcəyini mesajını verdi. Bu, Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir".