Makron: Fransa və Yaponiya kosmosda əməkdaşlığı dərinləşdirəcəklər- ÖZƏL

Fransa və Yaponiya kosmik sektorda əməkdaşlığı dərinləşdirmək və onun tənzimlənməsi üzərində işləmək barədə razılığa gəliblər. Olaylar.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Fransa Kosmik Komandanlığının qərargahında yapon əlaqə zabitinin yerləşdirilməsi ilə bağlı texniki sazişin, eləcə də sənaye ekosistemləri arasında əlaqələrin inkişafını və kosmik tənzimləmə sahəsində yeni əməkdaşlıq formalarını dəstəkləmək barədə sazişin imzalanması ilə kosmik sənayedəki tərəfdaşlığımız yeni səviyyəyə çatır", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31