Azərbaycan artıq susan tərəf deyil- ÖZƏL
14:56 Siyasət"Uzun illər ərzində aparılan saxta təbliğat nəticəsində dünya ictimaiyyətində formalaşdırılmış yanlış təsəvvürləri dəyişmək asan deyil. Lakin Azərbaycan artıq susan tərəf deyil. Faktlar danışır, sənədlər danışır, kütləvi məzarlıqlar danışır". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Qubada aşkar edilən məzarlıq, aparılan elmi tədqiqatlar və toplanmış arxiv materialları bu həqiqətlərin danılmaz sübutudur. Bu gün Azərbaycan dövləti bu həqiqətləri beynəlxalq müstəviyə çıxarır, onları dünyaya çatdırır və ədalətin bərpası uğrunda ardıcıl mübarizə aparır. Müasir dövrdə bu məsələyə yanaşma təkcə tarixi deyil, həm də siyasi xarakter daşıyır. Bu, milli maraqların qorunması, tarixi ədalətin bərpası və gələcək təhlükələrin qarşısının alınması məsələsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə aparılan siyasət, yeni faktların üzə çıxarılması, memorial komplekslərin yaradılması və beynəlxalq platformalarda bu məsələnin qaldırılması Azərbaycanın prinsipial mövqeyinin göstəricisidir".