Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin cavabı 44 günlük Vətən müharibəsində verildi- ÖZƏL
12:47 Siyasət"Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020- ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə 1 gündən də az davam edən anti-terror əməliyyatı zamanı verildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "200 ildən çoxdur ermənilərin "böyük Ermənistan" xülyası çərçivəsində törətdikləri vəhşiliklərin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Bu gün Azərbaycan və Ermənistan sülhə doğru addımlayır. Müasir dövrdə müəyyən ümidverici mesajlar səslənsə də, bu, xalqımızın yaşadıqlarını unutduğu anlamına gəlmir. 1918-ci il soyqırımı, Xocalı faciəsi və Qarabağ müharibəsi zamanı törədilən vəhşiliklər yaddaşımızdadır.
Biz xatırlayırıq, çünki unutmaq faciələrin təkrarlanmasına zəmin yaradır. Və biz hər zaman yaddaşımızda saxlamalıyıq, unutmamalıyıq ki, Azərbaycan xalqının yaşadığı bu ağır faciələr tarixdə birdəfəlik qapansın".