Avropa Şurası Gürcüstan hökumətinə sərt çağırış edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Strasburqda keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyasında Gürcüstana dair hesabat müzakirəyə çıxarılıb. Stüart Diksonun təqdim etdiyi sənəddə rəsmi Tiflisdən demokratik islahatlara qayıtmaq tələb olunur.

Hesabatda yer alan əsas tələblər: Qütbləşməni azaltmaq üçün bütün tərəflərin iştirakı ilə inklüziv siyasi dialoqun bərpası; Seçki Məcəlləsinə edilən problemli düzəlişlərin ləğvi, Mərkəzi Seçki Komissiyasının müstəqilliyinin təmin edilməsi və gender kvotalarının bərpası; Müxalif rəyin cinayət hesab edilməsinə son qoyulması, partiyaların qadağan edilməsi təşəbbüslərindən imtina və həbs edilmiş jurnalistlərin azadlığa buraxılması; İnsan hüquqlarını pozan və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunvericiliyin ləğvi: Etirazçılara və saxlanılan şəxslərə qarşı tətbiq edilən zorakılıq hallarının ciddi şəkildə araşdırılması.

Konqres Gürcüstan hakimiyyətini Venesiya Komissiyasının tövsiyələrinə əməl etməyə və yerli demokratiyanı Avropa Xartiyasına uyğun bərpa etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31