Hörmüz boğazının İran tərəfindən idarə olunması ilə münaqişəyə son qoymaq ABŞ üçün məğlubiyyət olardı ÖZƏL

Olaylar.az xəbər verir ki, Amerikanın CNN telekanalı bildirib ki, İranla mümkün münaqişə Hörmüz boğazı üzərində nəzarətin Tehranda qalması ilə başa çatarsa, bu, beynəlxalq ictimaiyyət tərəfindən ABŞ üçün strateji məğlubiyyət kimi qiymətləndirilə bilər.
Kanalın analitiki Stiven Kollinson qeyd edib ki, belə bir ssenaridə İran özünü qalib elan edəcək və gələcək hücumlara qarşı çəkindirici təsir formalaşdırdığını düşünəcək. Onun fikrincə, Tehran boğazdan keçən tankerlərə rüsum tətbiq etməklə əlavə gəlir əldə edə və bu vəsaiti hərbi potensialının, o cümlədən raket və nüvə proqramlarının bərpasına yönəldə bilər.
Analitik əlavə edib ki, vəziyyətin bu cür inkişafı ABŞ prezidenti Donald Tramp üçün də müəyyən mənada üstünlük sayıla bilər. Belə ki, boğazı hərbi yolla açmaq cəhdləri böyük itkilərə və münaqişənin uzanmasına səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31