ABŞ-NATO münasibətləri sual altında: Rubiodan sərt mesaj – ÖZƏL

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla müharibə başa çatdıqdan sonra Vaşinqton NATO ilə münasibətlərini yenidən nəzərdən keçirə bilər.

Olaylar.az xəbər verir ki, "Fox News"a müsahibəsində o qeyd edib ki, alyansın ABŞ üçün əhəmiyyəti artıq sual doğurur və bu məsələ ilə bağlı yekun qərarı prezident Donald Tramp verəcək.

Rubio vurğulayıb ki, əvvəllər NATO-nun əsas üstünlüklərindən biri ABŞ ordusunun Avropadakı hərbi bazalar vasitəsilə dünyada gücünü geniş şəkildə tətbiq edə bilməsi idi. Lakin hazırda bəzi müttəfiqlərin bu bazalardan istifadə üçün icazə verməməsi alyansın effektivliyini şübhə altına alır.

Onun sözlərinə görə, ABŞ müttəfiqlərdən İrana qarşı zərbələr endirməyi tələb etməsə də, hərbi bazalardan istifadə üçün "yox" cavabı alırsa, bu halda "NATO-nun mənası nədir?" sualı yaranır.

Xatırladaq ki, son günlər bir sıra Avropa ölkələri ABŞ hərbi əməliyyatları ilə bağlı məhdudiyyətlər tətbiq edib. İtaliya ABŞ təyyarəsinin enişinə icazə verməyib, İspaniya isə İrana qarşı missiyalar həyata keçirən ABŞ təyyarələri üçün hava məkanını bağlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31