Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib- ÖZƏL
11:31 Siyasət"Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində qazandığı şanlı zəfərlə tarixi ədalət bərpa olundu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Vətən müharibəsindəki tarixi qələbə Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün sərhədlərimizdə qürurla dalğalanır. Xankəndidə, əsrin faciəsinin baş verdiyi Xocalıda, Ağdərədə və digər ərazilərimizdə Böyük Qayıdış Konsepsiyasına uyğun işlər görülür. Xalqımız sözsüz ki, ermənilərin uzun on illiklər başımıza gətirdikləri müsibətləri unutmur. Ona görə də Azərbaycan xalqı bu gün Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib. Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələri obyektiv qiymətləndirərək erməni faşizminin iç üzünü görməyə çağırır".