Azərbaycanın növbəti hədəfi Qərbi Azərbaycana qayıdışdır- ÖZƏL
11:23 Siyasət"2020-ci ildə rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə yazdığı Zəfər tarixi dövlətimizin başçısının hər bir vədinin reallıqda öz əksini tapdığını bir daha təsdiqlədi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin təqdimatı oldu. Tarixi ədaləti bərpa edərək qazandığı Zəfərlə öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirməyin qürurunu yaşayan Azərbaycanın növbəti hədəfi Qərbi Azərbaycana qayıdışdır. Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Bu gün Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, bütün işğaldan azad edlimiş torpaqlarımızda dalğalanması tarixi ədalətin bərpasıdır. Bütün bütün bunların fonunda böyük əminliklə qeyd edirik ki, tezliklə Qərbi Azərbaycana qayıdışımız da reallığa çevriləcək. O gün uzaqda deyil. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tarix var, sənədlər var, xəritələr var".