Türkiyə ölkənin müharibəyə qoşulacağı ilə bağlı iddialara münasibət bildirib

Bəzi sosial media paylaşımlarında yer alan Türkiyənin İranın lehinə müharibəyə qoşulacağı və ya Livana daxil olacağı ilə bağlı iddiaların dezinformasiya xarakteri daşıyır.

Olaylar.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Düzinformasiya ilə mübarizə mərəzinin açıqlamasında qeyd olunuub.

Açıqlamada bildirilir ki, Türkiyə münaqişənin əvvəlindən etibarən müharibənin tərəfi olmadığını bəyan edib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hücumların tezliklə dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və davamlı sülhün təmin olunması istiqamətində intensiv diplomatik səylər göstərilir.

Vurğulanıb ki, Türkiyənin bu mövqeyi başda münaqişə tərəfləri olmaqla digər aktorlar tərəfindən də müsbət qiymətləndirilir.

Eyni zamanda əlavə edilib ki, bu cür dezinformasiya xarakterli paylaşımlar psixoloji müharibənin bir hissəsidir və Türkiyənin imicinə zərbə vurmaq, eləcə də böhrandakı konstruktiv rolunu kölgə altına almaq məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31