Ermənistanda "Vətəndaş müqaviləsi" partiyasının daxili səsverməsinin iki mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, ölkənin baş naziri Nikol Paşinyan yenidən baş nazir postuna namizəd göstərilib.
Trend xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31