Husilər İsrailə raket zərbələri endiriblər
12:53 SiyasətYəmənin "Ənsar Allah" (husilər) hərəkatı bu gün İsraildəki hədəflərə raket zərbəsi endirib.
Olaylar.az xəbər verir ki, bu barədə "Asharq News" husilərin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
"Yəmən silahlı qüvvələri İsrailin mühüm hərbi hədəflərinə ballistik raketlər atıb", - məlumatda bildirilib.
Bu, Fars körfəzində mövcud gərginliyin başlanmasından bəri Yəmən husilərinin endirdiyi ilk zərbədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31