İsrail İranın nüvə obyektlərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri ötən gün İranda bir neçə silah istehsalı zavodunu bombalayıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumat yayıb.

Bildirilib ki, bu hücumlarda təxminən 50 döyüş təyyarəsi iştirak edib və İranda üç fərqli ərazi hədəfə alınıb.

IDF-in məlumatına görə, hədəflər arasında müxtəlif silahların istehsal edildiyi müəssisə, HƏMAS və "Hizbullah" daxil olmaqla, İranda fəaliyyət göstərən qiyabi qruplar üçün inkişaf etmiş partlayıcı cihazlar hazırlayan Müdafiə Nazirliyi obyektləri, həmçinin ballistik və hava hücumundan müdafiə raketlərinin komponentlərinin istehsal edildiyi obyekt də olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31