İran hücum etdi: ABŞ hərbçiləri yaralandılar

ABŞ hərbçiləri Səudiyyə Ərəbistanındakı "Prins Sultan" aviabazasına İran hücumu nəticəsində yaralanıb

Trend-in məlumatına görə, cümə günü Səudiyyə Ərəbistanındakı "Prins Sultan" aviabazasına İran tərəfindən edilən hücum nəticəsində on ABŞ hərbçisi xəsarət alıb.

Hücumlar İran ballistik raketi və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib və bazada yerləşən bir neçə ABŞ yanacaq təchizatçı təyyarəsinə də ziyan dəyib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi bildirib ki, hərbi əməliyyatların başlanmasından bəri ümumilikdə 303 ABŞ hərbçisi yaralanıb və onların 273-ü artıq xidmətə geri dönüb.

Pentagonun rəsmi məlumatına görə, İranla mübarizə əməliyyatlarının başlanmasından bəri 13 ABŞ hərbçisi həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31