İsrail “sarı məcun”a zərbələr endirdi: İrandan ardıcıl açıqlamalar – Nə baş verir?

İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzindəki Yezd şəhərində yerləşən uran çıxarma zavoduna hücum etdiyini bildirib. Bu zavod İranda yeraltından çıxarılan xammalın zənginləşdirilmək üçün mexaniki və kimyəvi emaldan keçirildiyi yeganə zavoddur.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Heydər Oğuz yazıb.

O bildirib ki, İran mediası da Yəzd şəhəri yaxınlığındakı "sarı məcun" istehsalı müəssisəsinin vurulduğunu etiraf edib:

"Fars" xəbər agentliyinin bildirdiyinə görə, "Sarı məcun" konsentratlaşdırılmış toz halında olan uranın "ara məhsulu"dur. Məlumatda həmçinin vurğulanırki, "bu hadisə nəticəsində müəssisənin xaricinə heç bir radioaktiv materiallar yayılmayıb, ətraf üçün heç bir narahatlıq yoxdur".

İsrail-ABŞ cütlüyünün hədəfə aldığı ikinci nüvə obyekti Arak ağır su təsisatı olub. "Fars" agentliyi bildirib ki, "Hundab Ağır Su Kompleksi Amerika və Sionist düşmənin təcavüzü nəticəsində iki mərhələdə hədəfə alınıb". Agentlik bu hücumda da heç bir itki və ya radiasiya sızması olmadığını bildirib.

Hücumdan qısa müddət əvvəl İsrail ordusu ərazi üçün təxliyə xəbərdarlığı etmişdi. Bu hücumlar ABŞ-İsrail hava hücumlarının İrandakı iki böyük polad zavodunu hədəf almasından qısa müddət sonra baş verib. Xuzistan və İsfahandakı müəssisələrə hücum nəticəsində ciddi ziyan dəyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31