"Rusiya Azərbaycanın Vilnüs sammitində iştirakına dözməlidir” - MÖVQE

Qabil Hüseynli: “Rusiya-Azərbaycan əlaqələri yaxşı səviyyədə olduğundan bunun ikitərəfli əlaqələrə mənfi təsir göstərməsi inandırıcı deyil”

Politoloq Qabil Hüseynli Azərbaycanın Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına dair Vilnüsdə keçiriləcək sammitində iştirak etməsinin Rusiya-Azərbaycan əlaqələrinə təsir edib-etməyəcəyi məsələsinə münasibət bildirib. Q.Hüseynli hesab edir ki, Azərbaycanın "Şərq Tərəfdaşlığı" proqramında dair Vilnüsdə keçiriləcək sammitində iştirak etməsini riskli addım kimi qiymətləndirmək olar. Politoloq qeyd etdi ki, Rusiya-Azərbaycan əlaqələri yaxşı səviyyədə olduğunundan bunun ikitərəfli əlaqələrə mənfi təsir göstərməsi inandırıcı deyil: "Əvvəlki illərlə müqayisədə iki ölkə arasında əməkdaşlıq əlaqələrində heç bir problem yoxdur. Rusiya-Azərbaycan əlaqələri bundan da isti olacaq. Ona görə də Azərbaycanın Vilnüs sammitində iştirak etməsindən ehtiyat etməyə dəyməz. Bu digər tərəfdən Azərbaycanın müstəqil dövlət kimi istənilən qərarı təktərəfli şəkildə qəbul etmək hüququdur. Rusiya da Azərbaycanla yanaşı Ermənistan və Ukraynanın da Vilnüs sammitində iştirakına dözümlü yanaşır. Dözümlü yanaşmağa məcburdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00