“Vilnüs Sammiti Avropa qitəsini birgə məqsədlər ətrafında bir az da yaxınlaşdıracaq”

Joze Manuel Barrozo və Herman Van Rompuy "Demokratik, çiçəklənən və sabit Şərq Tərəfdaşlığının qurulması" adlanan məqalə yazıblar

Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo və Avropa İttifaqının Hökumət və Dövlət Başçıları Şurasının Prezidenti Herman Van Rompuyun bəzi keçmiş Sovetlər Birliyi ölkələrinin Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığının qurulması çərçivəsində atdıqları addımlarla bağlı birgə məqaləsi yayılıb.
"Demokratik, çiçəklənən və sabit Şərq Tərəfdaşlığının qurulması" adlanan məqalədə vurğulanır ki, sabah Avropa İttifaqı liderləri Şərqi Avropadan olan həmkarları ilə Şərq Tərəfdaşlıq Sammitinin keçiriləcəyi Livtanın gözəl paytaxt şəhəri Vilnüsdə toplanacaqlar: "Vilnüs Sammiti birgə niyyətimizin daha geniş Avropa qitəsini birgə dəyərlər və məqsədlər ətrafında bir az da yaxınlaşdırmaq olduğunu sübut edəcək: "Şərq Tərəfdaşlığı şərqdəki qonşuluğumuzda olan ölkələrlə daha yaxın siyasi assosiasiya və iqtisadi inteqrasiya təşviq etmək üçün Avropa İttifaqının əsas siyasi alətidir. Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna bu Tərəfdaşlıqda iştirak edir".
"Məqsədimiz qanunun aliliyi əsasında demokratik, perspektiv və sabit qonşuluğun addım-addım qurulması üçün regiondakı tərəfdaşlarımızla birgə işləməkdir" - yazan müəlliflər qeyd edirlər ki, məqsəd, çoxpartiyalı sistemlərin və əsas azadlıqların dəstəkləndiyi, müstəqilliyə hörmət bəslənən, şüarı rəqabət deyil, əməkdaşlıq olan demokratik qonşuluq məkanı qurmaqdır. Həm Avropa İttifaqı, həm də tərəfdaş ölkələrdən olan sahibkarlara fayda qazandıran daha çox iş və biznes imkanlarının olduğu, nəqliyyat bağlantılarının gücləndiyi, eləcə də səfər və tələbə mübadilələrinin artdığı çiçəklənən qonşuluq məkanı yaratmaqdır. Açıq münaqişə riskinin yox olduğu, insanlar öz ölkələrindən kənarda daha yaxşı həyat axtarmaq məcburiyyətində qalmadığı üçün miqrasiya təzyiqlərinin azaldığı sabit qonşuluq məkanı tapmaqdır".
Bildirilir ki, Vilnüsdə İttifaqın qonşuluq siyasətinin ilk onilliyinin başa çatdığı və 2009-cu ildə Şərq Tərəfdaşlığının işə salındığı vaxtdan sonra ötmüş ilk dörd ili qeyd ediləcək: "Biz öz tərəfdaşlarımızla Dərin və Hərtərəfli Azad Ticarət Məkanları daxil olmaqla, iddialı Assosiasiya Sazişləri üzərində çalışmağa davam edir, İttifaqla region arasında səfərlərin yüngülləşdirilməsi və liberallaşdırılması istiqamətində olan meyarlara və tədbirlərə cavab veririk".
Müəlliflər vurğulayıblar ki, bu sazişlər ancaq müştərilərinin sayı yarım milyard nəfərdən artıq olan dünyanın ən iri bazarına çıxış təklif etmir, eləcə də öz iqtisadiyyatlarında islahatlar aparmaq və onu yenidən formalaşdırmaqda və öz cəmiyyətlərini müasirləşdirməkdə tərəfdaşlarımıza yardım edir.ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00