Davit Şahnazaryan: “Qərb Sərkisyanın riyakar niyyətini başa düşür”
27 Noyabr 2013 12:56 SiyasətErməni politoloq Davit Şahnazaryan yerli mətbuata açıqlamasında bildirib ki, 3 Ermənistan hakimiyyəti Avropaya inteqrasiya üçün heç bir addım atmır. Şahnazaryan qeyd edib ki, Sərkisyan hökuməti tərəfləri aldadıcı manevrlərlə aldadaraq həm Avropa İttifaqı, həm də Rusiyanın Gömrük Birliyində təmsil olunmaq istəyir. Politoloq vurğulayıb ki, Ermənistanın eyni vaxtda iki fərqli qurumda iştirak etməsi mümkün deyil: "Rusiyanın bu gün regionda yürütdüyü siyasət bütün Avropa üçün təhlükəlidir. Serj Sərkisyan isə bütün bunların hamısına göz yumur. Qərb Ermənistan hakimiyyətinin bu riyakar niyyətlərini başa düşür. Avropanın bunun qarşılığında atacağı adekvat addım Ermənistanın xoşuna gəlməyəcək. Qərbdən ermənilər üçün ayrılan maddi vəsaitlərin kəsilməsi Ermənistanın sonu olacaq". Şahnazaryan bildirib ki, Avropa Ermənistana 6 milyard avro kömək edə bilər, bundan əvvəl isə Sərkisyan Vilnüsdə lazım olan sənədə imza atmalıdır. Erməni politoloq bildirib ki, Serj Sərkisyan Rusiyanın təhdidlərindən sonra hakimiyyətini itirmək təhlükəsi qarşısında qalıb: "Buna görə Moskvaya gedən kimi Putinə müsbət cavab verdi. Lakin bütün proseslər heç də Kremlin istədiyi kimi davam etməyəcək. Çünki Ukraynada başlayan iğtişaşlar Rusiya imperiyasının çəkəcəyindən xəbər verir. Ukrayna Ermənistandan fərqli olaraq Rusiyanın yox, Avropa ailəsinin üzvü olacaq". ("OLAYLAR" İA)