Xanım deputatlarımız Brüsselə gediblər

Milli Məclisin deputatları Sahibə Qafarova, Gülçöhrə Məmmədova, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı "Qadınlar parlamentdə qlobal forumu"nun illik toplantısında iştirak etmək üçün Belçikanın Brüssel şəhərinə səfər ediblər. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Avropa Parlamentində keçiriləcək tədbirdə fəal siyasətçi qadınlar bir sıra aktual məsələləri müzakirə edəcəklər. Forum çərçivəsində "Cəmiyyətin yenidən formalaşdırılmasında qadınların liderliyinin rolu", "Sülh və təhlükəsizlikdə ana amili", "Cəmiyyətdəki sosial bərabərsizliyin aradan qaldırılmasında qadınlar" kimi mövzular gündəmdə olacaq. Səfər noyabrın 30-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00