İşğal altındakı ərazilərdə narkotik becərilməsi fakti barədə UNİSEF-ə məlumat verilib

Azərbaycan Respublikası baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri  Əli Həsənov UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevard, müavini Rəşid Mustafa və UNICEF-in Regional Ofisinin (Cenevrə, İsveçrə) QİÇS üzrə baş məsləhətçisi-beynəlxalq ekspert Nina Ferenkiçi ilə görüş keçirib. "OLAYLAR"-ın Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, görüşdə ölkədə mövcüd olan narkotik vəziyyət, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə ölkə prezidenti səviyyəsində yetirilən diqqət və tələbkarlıq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verilib. Daha sonra Əli Həsənov Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, onların istehsalı, işğal olunmuş ərazilərimizdən narkotiklərin qanunsuz daşınması və s. məsələlər barədə məlumatların BMT-nin müvafiq qurumlarına mütəmadi olaraq çatdırıldığını, lakin Ermənistanın müxtəlif bəhanələr gətirərək BMT ekspertlərini işğal olunmuş ərazilərə buraxmadığını, aidiyyəti təşkilatların da lazımi tədbirləri görmədiyini bildirib. Əfqanıstanda istehsal olunan narkotik vasitələrin ölkəmizə daxil olma marşrutları haqqında məlumatlar verməklə, Böyük  Britaniyanın London şəhərində çap olunan "The Lancet"tibb jurnalında Azərbaycanda narkomanların sayının 300.000 min olmasının, həmçinin inyeksiya yolu ilə narkotik qəbul edənlərin sayının rəsmi rəqəmlərdən kəskin fərqləndiyini qeyd edib. Narkomanların dəqiq sayının müəyyənləşdirilməsi məqsədilə müvafiq köməklik göstərilməsi üçün dəfələrlə BMT-nin müvafiq qurumlarına müraciət etdiyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00