Avrasiya İttifaqının yaranmasının təhlükələri müzakirə edilib
25 Noyabr 2013 17:19 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq tədbirdə iştirak edib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, təşkilatçısı AMİP, Gürcüstanın Vahid Milli Hərəkatı, İsveçin Moderat Partiyası və Türkiyə Liberal Düşüncə topluluğunun olduğu dəyirmi masanın mövzusu "Beynəlxalq təhlükəsizlik, suverenlik məsələlərində yaranmış problemlər və xarici təhdidlər" olub. Müzakirələr əsasən bölgə dövlətlərinə qarşı olan təhdidlər, bunlardan yayınma yolları, Gömrük İttifaqı və Avrasiya İttifaqının yaradılmasının region ölkələrinin müstəqilliyinə olan təhlükəsi, Avrointeqrasiya məsələləri ətrafında olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00