Misirdəki Azərbaycan diasporu erməni təxribatının qarşısını alıb

Misir Ərəb Respublikasının  paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən  Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş  "VI Beynəlxalq Səmaa Dini Musiqi Festival"-ı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, festivalda Azərbaycanın da iştirak etdiyi 12 ölkə  təmsil olunub. Festivalın açılış günüdə 3 nəfərdən 2-i erməni olmaqla Rusiyanı təmsil edən iştirakçıların çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb. Buna səbəb, Avetis Manukyan tərəfindən ifa olunan milli musiqi alətimiz olan balabanın   Ermənistanın nəfəs musiqi  aləti kimi təqdim edilməsi olub. Bununla  yanaşı,  Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan  xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən  iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd olunması Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq nstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Pərvin Əfəndiyevanın,  Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Ramil Nifəliyevin və Misirdəki Azərbaycan Diasporu təşkilatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəşad Əliyevin kəskin etirazına səbəb olub. Diaspor nümayəndələri bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat verib, bu məsələ ilə bağlı  öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin yekun bağlanış konsertində iştirakı qadağan olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00