ADP prezidentin sərəncamını dəstəkləyir
25 Noyabr 2013 16:31 SiyasətAzərbaycan Demokrat Partiyası prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin qeyd edilməsi barədə sərəncamını təqdir edir. Bu barədə məlumat "OLAYLAR"-a partiyanın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, dövlət başçısının imzalamış olduğu sərəncam ADP-nin İdarə Heyətinin toplantısında da müzakirə edilib. Partiya sərəncam əsasında müəyyən vəzifə və tapşırıqlar verilmiş müvafiq dövlət qurumlarını bu istiqamətdə daha məhsuldar işləməyə çağırıb. ADP həmçinin prezident İlham Əliyevin bu günlərdə ölkənin kütləvi informasiya vasitələri rəhbərləri ilə görüşünü də müsbət qiymətləndirib. ADP əminliyini ifadə edib ki, qısa müddətdə mətbuat sahəsində mövcud olan bir çox problemlər aradan qalxacaq.