“İran 6 aya gözlənilməz sürprizlə qarşılaşacaq”
Elxan Şahinoğlu: “ABŞ və İran arasında elə bir vəziyyət yaranacaq ki, razılaşmanın pozulması labüd olacaq”
25 Noyabr 2013 15:12 Siyasət"Qərblə İran 6 aylığına razılaşma əldə ediblər. Razılaşmaya əsasən İran uranın zənginləşdirilməsini 20%-dən 3, ya da ki, 5%-ə endirməlidir ki, bu da ancaq dinc məqsədlərə xidmət edir" - "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlu bildirdi ki, Vyanadakı görüşdən dönən İranın xarici işlər naziri Məhəmməd Zərif bir bəyanat verib, ABŞ-ın dövlət katibi fərqlisini səsləndirdi. Politoloqun sözlərinə görə, Con Kerri bildirdi ki, yalnız beynəlxalq müşahidəçilərin apardıqları araşdırmalardan sonra İran razılaşmada göstərildiyi miqdarda uranı zənginləşdirə bilər: "M.Zərif isə bunun tamam əksini bildirdi. Ona görə də 6 ay ərzində İran ətrafında tamam başqa mənzərəinin şahidi ola bilərik. Çünki tərəflərin məsələ barədə fərqli mövqe nümayiş etdirməsi İranla bağlı sürpriz nəticələr ortaya qoyacaq. ABŞ və İran arasında elə bir vəziyyətə yaranacaq ki, razılaşmanın pozulması labüd olacaq. İran daxilindəki mövcud situasiyada məsələyə təsir edə bilər. Nüvə məsələsinə görə SEPAH Ruhani hökuməti arasında fərqli yanaşma mövqeyi hiss olunur. Dünya dini qurumlarla SEPAH-ın Həsən Ruhaniyə hansı sürprizin hazırlamasını bilmir". ("OLAYLAR" İA)