Deputatlarımız Yunanıstana səfər ediblər
25 Noyabr 2013 15:05 SiyasətMilli Məclisin Sosial siyasət komitəsinin sədri, Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hadi Rəcəbli, deputatlar Azər Badamov, Hüseynbala Mirələmov, Nazim Fərəcov və İqbal Məmmədov Afinaya səfər ediblər. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, səfər Yunanıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirilir. Səfər zamanı nümayəndə heyətimizin üzvləri bu ölkənin qanunvericilik orqanının strukturu, fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqlar. Səfər noyabrın 27-də başa çatacaq.