ABŞ XİN: “Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll ediləcək”

Ermənistan və Azərbaycan arasında baş vermiş I Qarabağ müharibəsində minlərlə insanın öldürüldüyü və milyonlarla insanın qaçqın və didərgin düşdüyünün şahidi olmuşuq" - ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi Cen Psaki yerli mətbuata açıqlamasında belə deyib. C.Psaki bildirib ki, Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə həll edilə bilməz. XİN rəsmisi qeyd edib ki, problemin yeganə həlli Ermənistan-Azərbaycan arasında diplomatik danışıqların intensivləşdirilməsindən keçir: "Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda stabil vəziyyət yaradacaq". Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünə toxunan Cen Psaki qeyd edib ki, ABŞ bu istiqamətdə də öz səylərini davam etdirəcək: "ATƏT Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın qarşısında duran əsas məsələ Dağlıq Qarabağ probleminin slüh yolu ilə həll edilməsidir. Buna görə Vaşinqton tərəflərlə əməkdaşlığını məsələ həll edilənədək davam etdirəcək. Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən son görüş onu deməyə əsas verir ki, münaqisə sülh yolu ilə həll ediləcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00