Ermənistandan Azərbaycan və Türkiyəyə rəsmi dəvət gəldi
20 Noyabr 2013 14:35 SiyasətAzərbaycan və Türkiyənin xarici işlər nazirliklərinin rəhbərləri Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) növbəti iclasına dəvət olunublar. Bu barədə "news.am"a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan açıqlama verib.
O bildirib ki, tədbirin bütün iştirakçılarına dəvət sivil ölkələr üçün standart prosedurdur. Bu zaman siyasi və digər fikir ayrılıqları nəzərə alınmır.
Qeyd edək ki, QDİƏT-in növbəti iclası dekabrın 12-də olacaq. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00