“İran iqtisadiyyatının tənəzzülü davam edir” - FIKIR

Razi Nurullayev: “Bu ölkədə infiliyasiya 4%-ə çatıb”

"İranın nüvə proqramının dayandırılmasına dair rəsmi Tehranın "Altılıq" ölkələrilə son danışıqları müəyyən mənada sakit məcrada keçdi və bir sıra müsbət məqamlarla yadda qaldı. Bundan sonra İran və Qərb arasında olan gərginlik başa çata bilər" - "Region" Beynəlxalq Analitik Mərkəzinin direktoru Razi Nurullayev "OLAYLAR"a açıqlamasında belə deyib. R.Nurullayev hesab edir ki, Qərb, xüsusilə ABŞ və Avropa İttifaqı dövlətlərinin İrana qarşı tətbiq etdikləri iqtisadi və siyasi sanksiyaları yumşaltması mümkündür. Artıq bununla bağlı irəliləyişlər əldə olunub. Politoloq bildirdi ki, hətta Barak Obamanın göstərişilə İranın dondurulmuş 10 milyard dollarlıq vəsaiti aktivləşə bilər. İranın Hindistanda 3.3, Çində isə 5 milyard dollarlıq maddi vəsaiti saxlanılır: "Həmin problemlərlə əlaqədar da müəyyən güzəştlər əldə edilmiş kimi görünür. Hal-hazırda İran iqtisadiyyatının tənəzzülü davam edir. Bu ölkədə infilyasiya 4%-ə çatıb. Tehran üçün dövləti saxlamaqdan ötrü ölkə iqtisadiyyatının xilası vacibdir. Buna görə də İran hakimiyyəti Qərblə yumşaq danışmağa meyillidir. Məsələni diplomatik masa arxasında həll etməyə çalışır. Buna görə yaxın gələcəkdə İrana qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılması mümkündür. İran da Qərbin təkliflərinə müsbət reaksiya verir. Həsən Ruhaninin hakimiyyətə keçməsindən sonra İranın nüvə proqramı ilə bağlı ciddi addımların atması bəlli deyil. MAQATE ilə də əməkdaşlıq etməyə başlayıb. Artıq bu mənada İran-ABŞ əlaqələrinin yumşaldılması istiqamətində ciddi irəliləyişlər var". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00