Qaradağ rayonunda YAP-ın 21 illiyi qeyd edilib
19 Noyabr 2013 12:52 SiyasətYeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin yol keçib, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin də çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığı təkzibolunmaz faktdır. Daha sonra çıxış edənlər Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışaraq bir daha vurğulayıblar ki, zamanın təxirəsalınmaz tələbindən yaranan Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanda, bütövlükdə regionda ən güclü və ən böyük siyasi təşkilatdır. Sonda partiyanın və rayonun və ictimai - siyasi həyatında fərqlənən fəallara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.