Viktor Yanukoviç "Heydər Əliyev" ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V.F.Yanukoviçin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb   Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 
Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ukrayna Prezidenti Viktor Fyodoroviç Yanukoviç "Heydər Əliyev" ordeni ilə təltif edilsin". AzərTAc

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00