“Əməkdaşlıq Ukrayna və Azərbaycanın mövqelərini gücləndirəcək”

Ukrayna və Azərbaycanın enerji sahəsində qarşılıqlı əməkdaşlığı prioritet istiqamətlərdən biridir. Bu sözləri Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna-Azərbaycan ikitərəfli danışıqlarının yekunları ilə bağlı mediaya açıqlamasında deyib. O bildirib ki, Ukrayna enerji növlərinin etibarlı tranzit ölkəsi, Azərbaycan isə etibarlı təchizatçısıdır: "Bizim ölkələrimiz karbohidrogen ehtiyatlarının Avropa istiqamətində nəqli məsələlərində birgə səylər üçün hər cür imkana malikdir". V. Yanukoviçin fikrincə, bu və digər məsələlərdə əməkdaşlıq iki dövlətin Xəzər-Qara dəniz regionunda mövqelərini gücləndirəcək. zərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, bu gün yanacaq-energetika kompleksində iki ölkənin fəal əməkdaşlığı üçün çox istiqamət var: "Azərbaycan enerji ehtiyatlarının istehsalçısı, Ukrayna isə istehlakçı və tranzit ölkə kimi bir çox dövlətin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Enerji sahəsi də daxil olmaqla, Xəzər-Qara dəniz regionunda əməkdaşlıq bizim birgə fəaliyyətimizin nəticəsidir". apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00