Cənubi Qafqaz politoloqlarının 29-cu iclası keçiriləcək
18 Noyabr 2013 17:26 Siyasət"Cənubi Qafqaz" politoloqların diskussiya klubunun 29-ci iclası keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, iclas noyabrın 20-i tarixində baş tutacaq. Tədbir Vilnüs şəhərində keçirilməsi nəzərdə tutulan Şərg Tərəfdaşlığı sammitin və onun perspektivlərinə həsr olunacaq. Tədbirdə həmçinin Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna səfərindən və nəzərdə tutulmus Azərbaycan-Ermənistan yüksək səviyyəli görüşündən də söhbət açılacaq. Müzakirələrdə politoloqlar Fikrət Sadıxov, Elxan Şahinoğlu, Rəşad Rzaquliyev və Zərdüşt Əlizadə iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00