ADP: “Həmsədrlərin hesabatı protokol xarakter daşıyır”

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin son hesabatı sırf protokol xarakter daşıyır". Bu fikirlər Azərbaycan Demokrat Partiyasının yaydığı məlumatda əksini tapıb. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda o da qeyd edilir ki, burada əsas məqsəd Qarabağ probleminin yenidən konservləşdirilməsi, problemin həllindən çox qarşı tərəfin işğalçılıq meyillərinin güclənməsinə şərait yaradan atəşkəs rejiminin müddətinin uzadılmasına xidmət etməkdir  Partiya prezident İlham Əliyevin Ukraynaya səfərini iki ölkə arasında iqtisadi, siyasi və qarşılıqlı əlaqələr baxımından faydalı səfər olduğunu bildirib və bu əlaqələrin istər MDB məkanında hegemonluq iddiasından əl çəkməyən Rusiyaya müqavimət baxımından, istərsə də Avropa evinə birgə inteqrasiya baxımdan əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00