The Times: “Ayasofyanın məscidə çevrilməsi tələbləri güclənir”
18 Noyabr 2013 15:25 SiyasətABŞ-ın nüfuzlu " The Times" qəzeti Türkiyədəki Ayasofya muzeyinin yenidən məscidə çevrilməsi yönündə siyasi təzyiqlərin artdığını yazır. Qəzet baş nazirin müavini Bülent Arınçın Ayasofyanın yenidən ibadətə açılmasına yaşıl işıq yandıran sözlərinin ara-sıra MHP-nin də düşərgəsində söyləndiyini bildirir. Qəzetin yazdığına görə, İstanbulun ən populyar turist məkanı olan Bizans kilsəsi və Ayasofya muzeyinin muzey statuslarının dəyişdirilməsi tələbi hökumətin islamçı bir dövlət qurmaqla bağlı iddialarını daha da alovlandırır.
Qeyd edək ki, Ayasofya 537-ci ildə kilsə kimi inşa edilib və Osmanlı İstanbulu ələ keçirdikdən sonra məscidə çevrilib və 1935-ci ildə Mustafa Kamal Atatürkün təlimatı ilə ibadətə bağlanıb və muzey olub.
"The Times" qəzeti keçən il 3 milyon 300 min turistin ziyarət etdiyi Ayasofyanın Türkiyə üçün bir reklam olduğunu yazır. ("OLAYLAR" İA)