İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət edib
18 Noyabr 2013 14:12 SiyasətNoyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev şəhərindəki "Naməlum əsgər" abidəsini ziyarət etmişdir.
Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev "Əbədi məşəl"in önünə əklil qoydu, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi dövlətimizin başçısının qarşısından keçdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00