Pakistan mətbuatı Azərbaycan haqqında yazdı
18 Noyabr 2013 11:52 SiyasətPakistanın nüfuzlu "Centreline" jurnalının cari il, noyabr ayı üzrə buraxılışında Azərbaycandan bəhs edilib. "OLAYLAR"-ın xəbərinə görə, jurnalın son buraxılışında Prezident İlham Əliyevin III Bakı Beynəlxalq Forumunda etdiyi çıxış, Azərbaycanda gedən iqtisadi inkişaf öz əksini tapıb. Torpaqlarımızın Ermənistan tərəfindən işğalı barədə də yazan "Centreline" Azərbaycanın problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu da vurğulayıb. Jurnalda həmçinin, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi humanitar layihələr haqqında da oxuculara ətraflı məlumatlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00