İlham Əliyev Ukraynaya getdi (FOTO)
Kiyevdə prezident və xanımını yüksək vəzifəli dövlət nümayəndələri qarşılayıb, duz-çörək təqdim ediblər
18 Noyabr 2013 09:14 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfərə gəlib.Azərbaycanın və Ukraynanın dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək təqdim ediblər.Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00