“Fuad Qəhrəmanlı Müsavat haqqında belə söz deməz”
Hüseyn Məlikov: “Milli Şuranın qalmasında maraqlı olan yeganə müxalifət partiyası Müsavatdır”
15 Noyabr 2013 13:17 SiyasətSosial şəbəkələrdə yayılan məlumatlara görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyası və başqan İsa Qəmbəri Milli Şuranı dağıtmaqda ittiham edib. Məsələyə münasibət bildirən Müsavat partiyası başqanın müşaviri Hüseyn Məlikov bu barədə yayılan məlumatların şübhəli olduğunu hesab edir. H.Məlikov qeyd etdi ki, Fuad Qəhrəmanlının belə bir fikir ifadə etməsi inandırıcı deyil: "Amma Milli Şuranın qalmasına çalışan yeganə müxalifət partiyası Müsavatdır. Belə hesab edirəm ki, həmin məsələdə İsa Qəmbərin adının çəkilməsi həqiqət deyil". Qeyd edək ki, satirik şair Mirzə Sakit "Facebook" ünvanında paylaşdığı statusda da Fuad Qəhrəmanlının açıqlamasına münasibət bildirib. ("OLAYLAR" İA)