Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının 10-cu iclası keçirilib
15 Noyabr 2013 13:12 SiyasətKiyevdə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşliq üzrə hökumətlərarasi birgə komissiyasinin 10-cu iclasi keçirilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, iclasa Azərbaycan tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ukrayna tərəfindən Ukrayna Baş nazirinin müavini Konstantin Qrişenko sədrlik ediblər. İclasda tərəflər komissiyanın 9-cu iclasında nəzərdə tutulan qərarların həyata keçirilməsindən irəli gələn məsələləri nəzərdən keçirib, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq məsələlərinin hazırkı vəziyyətini və gələcək perspektivləri müzakirə olunub. Səfər çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Yaqub Eyyubov bu ölkənin baş naziri Nikolay Azarov ilə görüşüb. Ukrayna Baş naziri komissiyanın işini müsbət qiymətləndirib, iqtisadi-ticarət, energetika, nəqliyyat və müdafiə sənayesi sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.