“Nənəm gözlərinə heyran, a Fuad bəy”

Mirzə Sakit: “Bu məəttəlin məəttələ məəttəl qaldığı xəbər idi”

Satirik şair Mirzə Sakit "Facebook"da paylaşdığı statusda müxalifət daxilində baş verən hadisələri özünəməxsus şəkildə fikir bildirib. Mirzə yazır: "Rüstəm İbrahimbəyovun hələ də Milli Şuranın sədri xəbərini eşidib məəttəl qaldım. Ay müxalifət, vicdan haqqı sən komediyasan. Məəttəl qaldığı digər xəbər odur ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, Milli Şuranı dağıtmaq istəyən qüvvələrdən biri də Müsavat Partiyası, konkret olaraq başqan İsa Qəmbərdir. Nənəm gözlərinə heyran, a Fuad bəy, Milli Şura qurulu idi bəyəm, dağıla da? Bu məəttəlin məəttələ məəttəl qaldığı xəbər idi. Bəyəm belə də olur?" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00