Linkevisius: “Aİ Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”
15 Noyabr 2013 12:14 SiyasətLitvanın xarici işlər naziri Linas Linkevisius bildirib ki, Avropa İttifaqı Azərbaycan, Belorus və Ermənistanla razılaşacağına ümid edir. Linkevisius "view.eu"-ya verdiyi açıqlamada qeyd edib ki, Aİ Ukrayna, Gürcüstan və Moldova kimi həmin dövlətlərlə də əməkdaşlıq etməkdə maraqlıdır: "Rusiyaya başa salmaq istəyirik ki, biz onunla bəhsə girməmişik. Aİ-nin əsas məqsədi ölkələrlə bütün sahələr üzrə sıx əməkdaşlıq qurmaqdır. Vilnüs sammiti bu istiqamətdə atılan ilk addım olacaq". ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00