İran səfiri: “Sərhədin bağlanmasına yol verməmək üçün iki tərəf arasında müvafiq saziş olmalıdır”

Hər iki tərəf sərhədin bağlanması ilə bağlı məsələni həll etməkdə maraqlıdır". Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. O bildirib ki, məsələ ilə əlaqədar müvafiq qurumlarla görüşlər keçirib və görüşlərdə problemin tezliklə həll olunması istəyi ifadə olunub.

Səfirin fikrincə, bu cür hadisələrin baş verməməsi üçün iki tərəf arasında müvafiq saziş olmalıdır: "Yaxşı deyil ki, hər hansı nəqliyyat vasitəsinə görə iki ölkə arasında sərhədlər bağlansın, problemlər yaransın. Buna görə, bizim aramızda saziş, anlaşma Memorandumu və ya buna bənzər bir sənəd olmalıdır". apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00