Kremldə qərar verildi: böyük müharibə başlaya bilər – Ankara meydanda
31 İyul 19:21 SiyasətRusiya hökumətinin qəbul etdiyi yeni səfərbərlik qanunu dünyada diqqət çəkib. Belə ki, Moskva bununla səfərbərlik, hərbi vəziyyət və müharibə anlayışlarını birbaşa qanunvericiliyə daxil edib. Analitiklər sözügedən addımı Rusiyanın NATO ilə mümkün qarşıdurmaya hazırlaşması kimi dəyərləndirir.
Bu realdırmı? Rusiya-NATO arasında hərbi qarşıdurma nə dərəcədə real görünür? Belə bir ssenaridə region üçün təhlükələr nələr ola bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar ABŞ və Rusiya arasınsa artan gərginlik, xüsusilə Ağ Ev rəhbəri Donald Trampın təhdidləri və qarşı tərəfin adekvat reaksiyaları bu ehtimalı aktuallaşdırır:
"Vaşinqton daha əvvəl Moskvaya 10 gün vaxt vermişdi. Bir həftədən sonra Rusiya və Ukrayna arasında razılıq əldə olunmasa, nələr baş verəcək? Bu, çox maraqlıdır. Ən azı indiki halda ABŞ-Rusiya birbaşa toqquşmasını istisna edirəm. Tərəflərdən heç biri buna getməz. Amma Ağ Ev Ukrayna vasitəsilə və iqtisadi rıçaqlarla Rusiyaya təzyiqi artıra bilər. Çünki Trampın səbri artıq tükənir".
Kənan Novruzov
Ekspert bildirib ki, ABŞ-Rusiya birbaşa toqquşması NATO ilə müharibə deməkdir:
"Lakin bu məsələ inandırıcı görünmür. Türkiyə də belə bir ehtimalın qarşısını almağa çalışacaq. Hətta Alyansın elə dövlətləri var ki, onlar da Rusiya ilə toqquşmaq istəmirlər. Kremlin qanunda etdiyi dəyişiklik sadəcə xof yaratmaq cəhdidir. Bununla belə, düşünürəm ki, perspektivdə savaşın genişlənmə, sürpriz şəkildə növbəti cəbhə açılma ehtimalı ən azı sülh qədər bəlkə də, daha çoxdur".
Turan Rzayev